Şahzadə 15 yaşlı yeniyetməyə uduzdu - Foto

22 Fevral 2017 22:15 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Keyt Action for Children xeyriyyə fondunun direktoru kimi Cənubi Uelsə səfər edərək, burada aztəminatlı ailələr və onların övladları ilə görüşüb.

Fondun mərkəzində Keytə bilyard oynamağı təklif ediblər və o, məmnuniyyətlə razı olub. Şahzadə 15 yaşlı yeniyetmə Kreyq Devisə məğlub olsa da, ətrafdakıların qəlbini fəth etməyi bacarıb. Mərkəzi tərk edərkən, 2 balaca qız ona gül buketi bağışlayıb.