Qızıl bahalaşdı - 5 dollar

23 Fevral 2017 09:18 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% - 7 302,25 bəndədək, Almaniya DAX-ı 0,26% - 11 998,59 bəndədək, Fransa CAC-40-ı isə 0,15% - 4 895,88 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,10 dollar artaraq 1 238,40 dollara, gümüş isə 0,02 dollar artaraq 18,05 dollara satılıb.

AzNews.az