60 yaşlı kişi özünü ağacdan asdı

23 Fevral 2017 09:36 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan kəndirlə asaraq intihar edib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

AzNews.az