İlham Əliyev vitse-prezident ilə görüşdü - Yenilənib

23 Fevral 2017 13:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 23-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

***

Söhbət zamanı Prezident İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olunub.