İraq Ordusu Mosul hava limanını terrorçulardan təmizlədi

23 Fevral 2017 13:14 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi İraq ordusuna məxsus zirehli texnikaların və federal polis birliklərinin Mosul hava limanı və El Gazlani hərbi bazasının geri alınması üçün geniş miqyaslı əməliyyat başladıldığını açıqlayıb.

İraq Dövlət Televiziyası İraq ordusunun Mosul hava limanının içərisinə girdiyini bildirib.

İraq Hava Qüvvələrinə məxsus hərbi təyyarələrlə də dəstək verilən əməliyyata ümumilikdə 60 min İraq əsgəri cəlb edilib.

Aydan