Ramil Usubov işdən çıxardığı generalları geri qaytardı

23 Fevral 2017 16:20 (UTC+04:00)

Virtualaz.org-a məlum olub ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə-Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.

AzNews.az