“Elnur Hüseynzadə ilə bağlı beynəlxalq təşkilatlarla iş aparılır”

24 Fevral 2017 13:35 (UTC+04:00)

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadə ilə görüşüblər: "Elnur Hüseynzadənin səhhətində heç bir problemi yoxdur, onun hər hansı bir şikayəti olmayıb. Ermənistan isə bildirir ki, onun haqqında cinayət işi başlanıb. Buna görə də hər hansı məlumat verilmir".

Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir müddət əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

AzNews.az