“Onsuz da hər ay nə qədər şəhid veririk” - Zeynəb Xanlarova

24 Fevral 2017 14:04 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu bu gün Mİlli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib.

"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq. Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, "Dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?" deyə, millət vəkili əlavə edib.

O, ATƏT-in Minsk Qrupunu da tənqid edib: "Biz haqqımızı almaq üçün kimdənsə icazə almalıyıq? Əgər mənim evimə basqın ediblərsə, sakit nə qədər dayanıb gözləyəcəm? Bəli, mən sülh adamıyam, istəmərəm müharibə olsun. Amma biz torpaqlarımızı geri almalıyıq".