"Fırat qalxanı” sübut etdi ki, Türkiyəylə hesablaşmaq lazımdır

24 Fevral 2017 14:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Türkiyənin 2016-cı ilin avqust ayından etibarən Suriyanın şimalındakı “Fırat qalxanı” əməliyyatında iştirakını heç kim gözləmirdi:

“Ötən yarım il ərzində türk hərbçiləri İŞİD-lə mübarizədə böyük uğur qazanıblar. İlk əvvəl, son 6 ay ərzində Suriyanın şimalındakı böyük bir ərazı İŞİD-dən təmizlənib. Bu nailiyyətə ABŞın rəhbərlik etdiyi koalisiya ordusu nail ola bilməmişdi. Bundan başqa, rusiyalı hərbçilərin dəstəyi ilə təqribən 50 min dinc sakin Hələbdən təhlükəsiz dəhliz vasitəsilə çıxarılıb.”

AzNews.az