İlkin odənişsiz iPhone 7 cəmi 109 AZN-a

24 Fevral 2017 17:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kampaniyada iştirak etmək üçün abunəçilər Azercell Ofislərinə (B.Bagırova 2, Tagiyev 18, 28 may kuç. 33A) yaxınlaşıb, mövcud təkliflərdən birini seçməlidirlər. Bununla onlar güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərindən birinə qoşularaq, iPhone telefonlarından birini əldə edəcəklər.

Azercell şəbəkəsinə yeni keçmiş abunəçi kampaniyaya qoşulmaq üçün öncə istifadə etdiyi operatordan son 6 aylıq fakturanı təqdim etməlidir. 1 abunəçi kampaniyadan yalnız bir telefon əldə edə bilər. Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareyaya və suya/toza davamlılığı ilə seçilir.

Məlumat üçün bildirək ki, Novruz bayramı ərəfəsində abunəçiləri yeni-yeni kampaniyalar gözləyir. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz