Səudiyyə Ərəbistanı İraqa yeni səfir təyin edəcək

25 Fevral 2017 23:53 (UTC+04:00)

AzNews.az "Report"a istinadən bildirir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

Ötən ilin avqustunda rəsmi Bağdad Ər-Riyaddan səfir Tamer əs-Sabhanın İraqda olmasını ikitərəfli münasibətlərin inkişafı üçün "maneə" adlandıraraq ona əvəz tapılmasını tələb edib.
Səudiyyənin Bağdaddakı diplomatik nümayəndəliyi İraqın 1990-cı ildə Küveytə hərbi müdaxiləsindən sonra bağlanıb və yalnız 1 yanvar 2016-cı ildə 26 ildən sonra öz fəaliyyətini bərpa edib.