Vertolyot qəzaya uğradı

26 Fevral 2017 19:27 (UTC+04:00)

"Report" xəbər verir ki, vertolyot şənbə günü Koja kəndindən havaya qalxıb və radarlardan itib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin məlumatına görə, helikopterin göyərtəsində pilot və sərnişin olub. Qəza nəticəsində pilot ölüb, sərnişin isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

AzNews.az