Cəbhədə gərginlik davam edir - Döyüş toqquşmasında qarşı tərəf itki verib

27 Fevral 2017 10:23 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.