Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü oldu

27 Fevral 2017 22:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.

Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.

İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.