DİN-də yeni idarə rəisi - Təyinatı

28 Fevral 2017 12:09 (UTC+04:00)

"Report" xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Füzuli Hümbətov vəzifəsindən azad olunub. O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) rəisi vəzifəsinə təyin edilib.

QMQMİ-nin keçmiş rəisi polis polkovniki Azər Məmmədov isə DİN-də başqa vəzifəyə təyinat alıb.

AzNews.az