Şəhid Elvin Əhmədov dəfn edilib

28 Fevral 2017 13:21 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşindən sonra şəhid alqış sədaları altında son mənzilə yola salınıb.

Qeyd edək ki, əsgər E.Əhmədov erməni hərbi birləşmələrinin cəbhə xəttində təxribat cəhdlərinin qarşısını alarkən yaralanıb. O, hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Allah rəhmət eləsin!

AzNews.az