Bağ evində özünü asdı

1 Mart 2017 10:22 (UTC+04:00)

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Natiq Arif oğlu Dadaşov yaşadığı bağ evində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az