Qadınları Türkiyəyə aparan - Tacirə tutuldu

1 Mart 2017 12:11 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini Tacirə Məlikovanın bir qrup şəxslə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.