Onlar yeraltı heyvan keçidindən istifadə edirlər - Foto

1 Mart 2017 16:24 (UTC+04:00)

ARB TV xəbər verir ki, Bakı istiqamətindən gələn avtomobillər isə çətinlik yaşamır. Lakin paytaxt istiqamətində hərəkət edən avtomobillər Padara dönmək üçün 24 km artıq məsafə qət etməli olurlar. Amma piyadalar və sürücülər özlərinə çıxış yolu tapıblar. Belə ki, onlar yeraltı heyvan keçidindən istifadə edirlər. Yerli sakinlər keçidin durumunun da normal olmadığını bildirirlər.

Ələsgər Ələkbərov (sakin) : “Bizim keçməyə yerimiz yoxdur. Heyvan keçidindən istifadə edirik. Buradan heyvanlar da keçə bilmir, camaat nə etsin?!”.

Sakinlərin sözlərinə görə, təcili yardım və yanğınsöndürən maşınların da qəsəbəyə girişi çətindir.

İcra nümayəndəsi Mətləb Səfərov isə bildirib ki, mövcud qurumlara məsələ ilə bağlı dəfələrlə xəbər verilib: "Bu yol çəkiləndə Padara giriş-çıxış üçün yer göstərilmişdi. Lakin son məqamda edilən dəyişikliklərdən sonra giriş ləğv edilib.

"Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli isə bildirir ki, keçidlərin və geridönmələrin inşası layihəyə əsasən həyata keçirilir: "Layihə üzrə müəyyən hissələr nəzərdə tutulur. Hansılar ki, nəzərdə tutulub onlar inşa olunub. İnsanlar bir az məsafə qət edərək yol qovşaqlarından istifadə edərək təhlükəsiz şəkildə keçə bilərlər".

AzNews.az