Qarabağda qondarma rejimin hərbi hissəsinin rəisi və komandiri həbs olunub

1 Mart 2017 17:02 (UTC+04:00)

AzNews.az Panarmenian.net-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

N Saylı hərbi hissənin ərzaq xidmətinin rəisi E. Aleksanyan və arxa cəbhə üzrə komandir müavini V. Petrosyan vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, müharibə şəraitində səlahiyyətlərini aşmaq və fəaliyyətsizlikdə ittiham olunublar.

Onların barəsində həbs qətimkan tədbiri seçilib.