PKK-nın iki lideri məhv edilib

2 Mart 2017 12:02 (UTC+04:00)

AzNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, terrorçular Mardində həyata keçirilən antiterror əməliyyatları zamanı öldürülüblər.

“Seperatçı terror təşkilatının 2 lideri martın 1-də Nusaybin şəhərində antiterror əməliyyatları gedişində məhv edilib”, -deyə Mardin vilayət adminstrasiyasının yaydığı məlumatda qeyd olunur.

Mənbənin məlumatına görə, öldürülən PKK liderlərindən biri Soro ləqəbli Salih Kaplandır. Onun ələ keçirilməsi üçün 1,5 milyon türk lirəsi (410 min dollar) məbləğində mükafat müəyyən olunub. Soro PKK-nın Mardin əyalətindəki aksiyalarında məsuliyyətli hesab olunub.

Məhv edilən ikinci terror liderinin isə Hacir Tanxan olduğu bildirilir. O, Mardin əyalətindəki terror qruplaşmasında ikinci şəxs hesab olunur.