Klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb - Bakıda

2 Mart 2017 13:05 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Ə.Naxçıvanı küçəsində yerləşən “MedEra” hospitalında qeydə alınıb.

Orada usta işləyən 1957-ci il təvəllüdlü Rövşən İbrahimov ehtiyatsızlıqdan müəssisənin birinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Yaralı həmin hospitala yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

AzNews.az