Avtobus aşdı- 6 nəfər həlak oldu+Video

7 Mart 2017 13:49 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bursa-Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu döngədə aşıb. Qəza nəticəsində 6 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə maşınları cəlb olunub.

Avtobusdakı sərnişinlərin Türkiyə Metallurgiya Həmkarlar İttifaqının Bursa şöbəsinin işçiləri olduğu, İttifaq tərəfindən Qadınlar Günü münasibətilə təşkil edilən tədbirə qatılmaq üçün Ankaraya getdikləri məlum olub.