Bakı Metropolitenində problem yaranıb

1 Fevral 2013 08:50 (UTC+04:00)



Qatarların gecikməsi nəticəsində stansiyanın platformasında sərnişinlərin sıxlığı yaranıb.

APA-nın məlumatına görə, qatarlarda gecikmənin olduğunu təsdiqləyiblər. Metropolitenin baş mühəndisi Etibar İsayev qeyd edib ki, gecikməyə səbəb qatarların birində yaranmış nasazlıq olub: "Qatarda nasazlıq olub və aşağı sürətlə hərəkət etdiyinə görə 8 dəqiqə gecikib. Artıq nasazlıq aradan qaldırılıb, amma qatarlar müəyyən gecikmə ilə hərəkət edirlər, tədricən bu da aradan qaldırılacaq".

AzNews.az