Dünyada ən ağır çəkili qadın 3 həftəyə 100 kq arıqladı - Fotolar

8 Mart 2017 21:58 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda xəstəxanaya yerləşdirilən qadın 3 həftəyə 100 kq çəki atmağı bacarıb.

Həkimlər pasiyenti ciddi pəhriz saxlamağa məcbur edir. O, bol zülallı sulu yeməklərlə qidalanır. Daha sonra həkimlər mədə kiçiltmə əməliyyatı həyata keçirəcəklər.

Eman Əhmədin yarım ilə 200 kq arıqlayacağı gözlənilir. Müalicənin sonunda o, yenidən sərbəst oturmağı, qidanı sərbəst qəbul etməyi bacaracaq.

Qeyd edək ki, ötən ay Eman Əhməd xüsusi yük təyyarəsi ilə Misirdən Hindistana aparılıb.