“Əkrəmlə bir dəfə də olsun, oturub-durmamışam...”
1 Fevral 2013 11:41 (UTC+04:00)
"Bu əsəri oxuyanlar haradan bu qənaətə gəliblər ki, aktyor Nuvariş Qarabağlı- mənəm?. Bunu AzNews.az-a xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı bildirdi.
Aktyorun sözlərinə görə, o, oxumadığı bir əsər haqqında fikir söylənilməsini düzgün hesab etmir: "Əsəri oxuyanların da o qənaətə gəlməsi ki, "bu obraz Nurəddin Mehdixanlıdır" bu da mənim üçün təəccüblüdür. Nuvariş niyə mənəm? Birincisi, mən Qarabağlı deyiləm. İkincisi, mən Əkrəm Əylisli ilə bir dəfə də olsun, oturub-durmamışam ki, o, da mənim xarakterimi bilsin".
Bahar Rüstəmli
AzNews.az