Əkrəm Əylislini vətəndaşlıqdan çıxarmaq lazımdır - Millət vəkili

1 Fevral 2013 11:49 (UTC+04:00)
"Bu millətin çörəyini yeyəsən, torpağında yaşayasan belə addımlar atasan. O birinci dəfə deyil, belə edir".

AzNews.az-ın məlumatına görə, bunu deputat Nizami Cəfərov Milli Məclisin plenar iclasında Əkrəm Əylisinin qalmaqal yaratmış əsərindən danışarkən deyib. Deputat bildirib ki, yazıçı əsərini millət vəkili olarkən yazıb:

"Niyə o zaman ortaya çıxarmırdı? Çıxarardı ortaya bizdə onunla müzakirə edərdik. Azərbaycan xalqının xəstə hesab edir. Onu Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdı. Qoy getsin Yerevanda yaşasan. O kimdir Azərbaycan xalqının adından danışır".

Millət vəkili Musa Quliyev əsəri Azərbaycan xalqına xəyanət kimi qiymətləndirib: "O əsəri oxumuşam. Əsərin Azərbaycan xalqına nə qədər zərbə vurduğunun şahidi olmuşam".

Vitse-spiker Bahar Muradova da yazıçının fəaliyyətində bu kimi halların çox olduğunu deyib. B.Muradova bildirib ki, Qarabağda həlak olmuş insanların ruhu ona rahatlıq verməyəcək. Buradan hər kəsə səslənirəm, münasibətinizi bildirin. O əsəri oxuyarkən fikirləşdim ki, belə insanlar bizim aramızda necə yaşa bilər".

İlkin
AzNews.az