TQDK Daxili İşlər Nazirliyinə müraciət etdi

1 Fevral 2013 11:57 (UTC+04:00)



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə bildirib ki, bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması üçün məzunlara kifayət qədər vaxt verilib: "16 yaşına çatmayanlara şəxsiyyət vəsiqələri rüsumsuz verilir. Rayonlarda kim müraciət etsə, ona bu sənəd 3 gün müddətində verilir. Vətəndaşlığı olmayan məzunlar da qərar qəbul etməlidir. Miqrasiya Xidməti onlara müvəqqəti də olsa, sənəd verməlidir".

AzNews.az