Nailə Mirməmmədli: “Rəşada mahnı yazmışdım, amma...”

13 Mart 2017 12:04 (UTC+04:00)

Bu barədə AzNews.az-a Əməkdar İncəsənət Xadimi, bəstəkar Nailə Mirməmmədli məlumat verib. Bəstəkar Rəşad Ənvəroğlunu hər bayramda təbrik etdiyini qeyd edib:

“Rəşadı “Azərbaycanın səsi” yarışmasından tanıyırdım. Çox gözəl bir səsi və xüsusi istedadı vardı, heyf ondan. Onun gələcəyini görürdüm. Öz üzərində işləyirdi. Mən onunla müqavilə ilə işləyirdim. Müqavilə başa çatandan sonra hər kəs öz işində idi. Mən onu hər bayramda təbrik edirdim. Novruz bayramından sonra onunla görüşəcəydim. Yeni layihələri müzakirə edəcəydik. Onun üçün yeni mahnı yazmışdım.”

Nailə Mirməmmədlinin sözlərinə görə, mərhum heç zaman səhhətindən şikayətlənməyib: “Heç bir problem yox idi. Bəyəm adam bilir ki, 5 dəqiqədən sonra başına nə gələcək? O da bunu kimi.”

Bahar RÜSTƏMLİ

AzNews.az