Əkrəm Əylisli AzNews.az-a and içdi

1 Fevral 2013 13:25 (UTC+04:00)



Əkrəm Əylislinin qalmaqallı əsərindəki personajların prototiplərinin siyahısı açıqlanıb. Onlar aşağıdakılardır:

Aktyor Nuvariş Qarabağlı -xalq artisti Nurəddin Mehdixanlı, Saday Sadıqlı – mərhum xalq artisti Həsən Turabov, Lənkəranlı şeyx – Şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq Cəbhəsinin rəhbəri Böyük Bəy – eks-prezident Əbülfəz Elçibəy, Doktor Abbasəliyev – mərhum baş psixiatr Ağabəy Sultanov, teatrın direktoru Mopassan Mirələmov – Milli Məclis üzvü, yazıçı-dramaturq Hüseynbala Mirələmov, şair Xəlilullah Xəlilov (Uluruh Turanməkan) – xalq şairi Xəlil Rza Ulutürk, Odər dilinin müəllifi – yazıçı İsa Hüseynov (Muğanna), Babaxan Ziyadxanlı – Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov.

Bu bənzətmələrlə bağlı yazıçı Əkrəm Əylislinin mövqeyini öyrəndik. Xalq yazıçısı AzNews.az-a açıqlamasında and içdərək bunları söylədi: "Canıma and olsun ki, o adları çəkilən insanların mənim əsərimlə heç bir bağlılığı yoxdur. Hər kəsin öz fantaziyası var. Biri yozur, başlayırlar uydurmağa. Əsərdə yer alan personajların arxasında real şəxs dayanmayıb. Əgər mən doğrudan da onları bənzətmişəmsə niyə də deməyim. Əsər mənimdir. Deyəsən, daha söz tapmırlar, bunu uydururlar".

Bahar Rüstəmli
AzNews.az