Milli mikroavtobuslarımız olacaq

1 Fevral 2013 14:05 (UTC+04:00)



Zavodun direktor müavini Polad Sadıxov "APA-Economics"ə açıqlamasında bildirib ki, 2013-cü ildən etibarən "Lifan" markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: "Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq".

Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri - "Nazlifan LF 1022" bortlu yük maşınıdır. Digəri isə furqon yük avtomobilidir ("Nazlifan LF 5028" modeli). Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kq-dır.

"Nazlifan LF 6401" mikroavtobusu isə sürücüdən əlavə 6 nəfər sərnişin götürür.

P.Sadıxov bildirib ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir.

Nəticədə, hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.

AzNews.az