101 yaşlı qadın öldü və... dirildi

1 Fevral 2013 15:48 (UTC+04:00)



101 yaşlı Peng Şiuhua adlı qadın öldükdən sonra dirilib. Hadisə belə olub:

Çinin cənub-şərqindəki Guangdong əyalətindəki Lianjiang kəndində yaşayan qadın 2 həftə əvvəl qəza keçirib. Bundan sonra yataqdan qalxa bilməyən qadına 70 yaşlı qızları baxıb.

Ancaq qızları günlərin birində qadının nəfəs almadığını görüb onun öldüyünü bütün kəndə xəbər veriblər. Cənazə isə dəfn edilmək üçün cənazə evinə göndərilib.

Cənazə dəfn edilmək üçün hazırlanıb və bütün kəndin gözü önündə tabuta qoyulub. Qadın dəfn olunmağa aparıldığı yerdə dirilərək nəfəs almağa başlayıb.
Ətrafına baxıb "haminiz burdasınız" deyən, 16 saat ölü qalan qadın bütün kəndi şoka salıb.

Elnarə Əlosmanqızı
AzNews.az