Cazibədar sarışın aktrisa döyüşməyi öyrəndi - Kianu Rivzdən (Video)

15 Mart 2017 23:10 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa hələ 5 il öncə "Ən soyuq şəhər" romanının ekranlaşdırılması üçün razılıq alınandan sonra yeni roluna hazırlaşmağa başlayıb.

Şarliz “Atomic Blonde” adlı yeni filmdə baş rolda çəkildiyi Britaniya kəşfiyyatının casusu obrazı üçün döyüşməyi öyrənib. Bu işdə ona Hollivudda döyüş filmləri üzrə artıq peşəkarlaşmış aktyor Kianu Rivz kömək edib.

Bir çox film tənqidçiləri yeni filmi Kianu Rivzin çəkildiyi “Con Uik” filmini qadın versiyası adlandırıblar.