Türkiyə partiyası Zeynəb Xanlarovanın mahnısını seçdi - Video

17 Mart 2017 12:56 (UTC+04:00)

İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini müxtəlif videoçarxlar, şüarlar, mahnılarla seçicilərə çatdırmağa çalışırlar.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı İstiPress-in diqqətini çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan “Sənə qurban” (Sən Müşfiqin yanında...) mahnısı ilə eynidir.

Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə Xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı dünyaşöhrətli ifaçının sayəsində bütün dünyada məşhurdur.

Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" (Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur.

Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı

Zeynəb Xanlarova-Qal sənə qurban

Emel Sayın - Mavi boncuk