Mal ətinin qiyməti endirildi- 8 manat+FOTO

18 Mart 2017 12:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün Salyan rayonunda bayram yarmarkası təşkil olunub. Yarmarkada 1 kiloqram mal ətinin qiyməti 8,5, qoyun əti isə 7 manata satılır. Bundan əlavə Qəbələ rayonundan gətirilən qabıqlı qöz və fındığın da qiyməti də endirilib. Hazırda bu bazarda qabıqlı qöz və fındığın 1 kiloqramı 5 manata satılır.

Satıcılar bunun səbəbini belə izah edib: “2 gündən sonra bayram başa çatacaq, sonra kimdir qabıqlı qoz-fındıq alan... Bir də getdi gələn bayrama. Ona kimi təzə qoz-fındıq çıxacaq.”

Rayon sakinləri yarmarkada qalan qiymətlərin bazarla eyni olduğunu bildiriblər.

Bahar RÜSTƏMLİ

AzNews.az