Nyu-Yorkda dünyanın ən uzun göydələni tikiləcək - Foto

18 Mart 2017 20:21 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Oiio studiyasının hazırladığı plana əsasən The Big Bend adlanan binanın uzunluğu 1230 metr olacaq.

Bina 2 nazik paraleldən ibarət olacaq, sonda isə arka ilə birləşəcək. Lakin bina hündürlüyünə görə dünyada birinci olmayacaq. Çünki hündürlük 600 m nəzərdə tutulub.

Bina mərkəzi parkın yaxınlığında tikiləcək.