Yeni Zelandiya ABŞ diplomatını ölkədən qovdu

19 Mart 2017 12:59 (UTC+04:00)

AzNews.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, martın 12-də ABŞ səfirliyinin yerləşdiyi Vellinqton şəhərində polis çağırılıb. Əslində nəyin baş verdiyi haqqında məlumat verilmir. Mətbuta isə ABŞ səfirliyinin texniki attaşesi Kolin Uaytın da iştirak etdiyi kriminal insidentin baş verdiyi məlumdur. Səfirlik əməkdaşlaırının diplomatik toxunulmazılığı olduğu üçün onlardan heç biri həbs edilməyib. Hadisədə ciddi hüquq pozuntusu olduğu üçün Yeni Zelandiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən Uaytın diplomatik toxunulmazılığının ləğvini tələb etsə də mənfi cavab alıb. Bu səbəbdən də Xarici İşlər Nazirliyi diplomatdan ölkəni tərk etməsini tələb edib.

Hadisə ilə əlaqədar istintaq davam edir.