Ağ Evdən Trampın Merkelin əlini sıxmaq istəməməsinə - Münasibət

19 Mart 2017 17:38 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, bütün bunların anlaşılmazlıq olduğunu vurğulayıb: "Mən düşünmürəmki o, həmin sualı eşidib".

Ağ Evdə keçirilən görüş zamanı jurnalistlər şəkil çəkdirən zaman prezident və kanslerdən bir birilərinin əllərini sıxmağı xaiş edib. Merkel isə Trampa "Cənab prezident bir-birimizin əlini sıxa bilərik?"- deyə sual verib. Amma, prezident onun sualını cavablandırmayıb.

Donald Tramp özü isə Twitter hesabında Merkellə əlini sıxdığı yerdə şəkil paylaşaraq görüşün çox möhtəşəm keçdiyini vurğulayıb.