Əli Həsənovun məqaləsi Mərakeş qəzetində

19 Mart 2017 18:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə hər iki əsərin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində təqdimatının keçirildiyi diqqətə çatdırılıb. Səkkiz dildə nəşr olunan hər iki kitabda XX və XXI-ci əsrlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin təhlil olunduğu qeyd edilib. Məqalədə bildirilir ki, kitablarda ermənilərin dinc əhaliyə qarşı törətdikləri müharibə cinayətləri, soyqırımı aktı təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.