Bakıda binada yanğın

19 Mart 2017 19:25 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.