Almaniyanın Ankaradakı səfiri XİN-ə çağırıldı

19 Mart 2017 19:56 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.

"Bizi Almaniya hökumətinin Frankfurtda PKK terror təşkilatının rəmzi və onun rəhbərinin şəklinin nümayiş etdirildiyi yürüşə (18 mart) icazə verməsi narahat edir. Bu, ikili standartların yolverilməz nümunəsidir", - deyə bəyanatda qeyd olunur.

AzNews.az