Azərbaycandan Rusiyaya 14 ton tomatın ixracı qadağan edildi - Səbəb

20 Mart 2017 11:24 (UTC+04:00)

Apa-nın “kavtoday.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.

AzNews.az