Evdən 30 minlik qızıl oğurladılar - Bakıda

20 Mart 2017 15:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.