Avropanın valyuta fondu yaradıla bilər

20 Mart 2017 17:09 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə o, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.

"Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa analoquna çevrilməsi məntiqlidir", - deyə Avroqrupun rəhbəri əlavə edib.

Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla "bu işdə özünü elə də rahat hiss etməyən" Avropa Mərkəzi Bankı məşğuldur.