Zaqatala və Zərdabda yanğın baş verib

20 Mart 2017 17:22 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zərdab rayonu, Gödəkqobu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.