Krıma səfər edən avropalı deputatların Ukraynaya girişinə qadağa qoyuldu

20 Mart 2017 17:54 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.

Y. Qitlyanskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib.