Rokfeller öldü - 101 yaşında

20 Mart 2017 19:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Milyarder Nyu-Yorkda Pokantiko-Hillzdəki evində dünyasını dəyişib. O, Forbes jurnalının reytinq cədvəlinə görə ən yaşlı milyarder idi. Onun varidatı 3.3 milyard dəyərində ölçülür.

O, Standard Oil neft şirkətinin banisi, ilk amerikalı milyarder böyük Rokfellerin sağ qalan sonuncu nəvəsi idi.

Devid Rokfeller 10 ildən çox Chase Manhattan bankını idarə edib.