Bakıda avtobus qəzası - ölən və yaralananlar var

20 Mart 2017 19:42 (UTC+04:00)

AzNews.az Milli.az-a istinadən xəbər verir ki, "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən qəza zamanı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım və polis cəlb olunub.