Ərdoğan ulduz futbolçuya qol vurdu - Video

20 Mart 2017 19:51 (UTC+04:00)

AzNews.az İstiPress-ə istinadən xəbər verir ki, Ərdoğan Fransanın əfsanəvi futbolçusu Marsel Desaillinin qoruduğu qapıya qol vurub. Bu il ikincisi təşkil edilən Futbol Zirvəsində iştirak edən Ərdoğanın qolu alqışlarla qarşılanıb. Prezident qol vurarkən onu Arda Turan, Emrə Belözoğlu, Kristian Vieri, Fatih Terim izləyib. Türkiyə prezidenti futbola xüsusi həvəsi olan siyasətçilərdən hesab edilir.