Tillerson Rusiyaya gedəcək

21 Mart 2017 10:21 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti R. Tillersonun apreldə İtaliyada “7-lər”in xarici işlər naziri ilə görüşəcəyini, daha sonra isə Rusiyaya səfər edəcəyini açıqlayıb.

R. Tillerson NATO xarici işlər nazirlərinin görüşünə isə qatılmayacaq. Həmin görüşdə ABŞ-ı dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon təmsil edəcək.

AzNews.az